Marketdən çıxan qadını görün kimlər qarət etdi

  • 15.05.2021
  • 0

Roma yaxınlığındakı Le Ruq kəndində supermarketdən çıxan qadını qabanlar qarət edib.

Big.az "The Guardian"a istinadən xəbər verir ki, həmin görüntülər "Facebook"da dərc olunub.

Kadrlardan göründüyü kimi, heyvanlar qadını parkinqdəki maşınların arasına sıxışdıraraq əlindəki paketləri almağa çalışırlar. Qadın aldıqlarını yerə atdıqda iki kiçik qaban elə oradaca "ziyafət qurur", böyüklər isə "xəzinə"nin yarısını özləri ilə aparırlar.

Bu videodan sonra İtalya şəhərlərində vəhşi qabanların azad hərəkətinə icazə verilməsi məsələsi yerli sakinlər tərəfindən yenidən müzakirə olunub.

Qeyd edək ki, bu heyvanlar İtaliyada hər il orta hesabla təxminən on min yol qəzasına səbəb olurlar.

Nə düşünürsən?