Koronavirusa yoluxanların sayı artdı

  • 19.01.2021
  • 725 baxış
  • 0

Azərbaycanda son sutkada koronavirusa 305 yeni yoluxma faktı qeydə alınıb, 949 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, son sutkada 10 nəfər COVID-19-dan vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 227 696 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 216 720 nəfər müalicə olunaraq sağalıb, 3 032 nəfər vəfat edib. Hazırda 7 944 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 915, bu günə qədər isə ümumilikdə 2 328 507 test icra olunub".

Nə düşünürsən?