Kirayələdikləri 500 minlik “Ferrari” ilə qəza törətdilər

  • 30.11.2020
  • 0

ABŞ-ın Çikaqo şəhərində gənclər kirayə götürdükləri 500 minlik “Ferrari 488 Spider”lə qəza törədiblər. Avtosfer.az “CBS Chicago” portalına istinadən xəbər verir ki, sürücünün idarəetməsindən çıxan “Ferrari” dəmir arakəsmələrə çırpılaraq aşıb və yanıb. Bildirilir ki, qəza zamanı avtomobildə 22 yaşlı sürücü və onun 20 yaşlı sərnişini olub. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. “Autoevolution” saytının məlumatına görə, qəzaya yüksək sürət səbəb olub. Yerli polis hadisə ilə bağlı araşdırma aparır. Namiq Musayev

Nə düşünürsən?