Kəlbəcərdə göldə batan hərbçi dəfn edildi

  • 19.06.2021
  • 0

Kəlbəcərdə göldə batan Azərbaycan Ordusunun hərbi qulluqçusu Fərzəliyev İlham Allahverdi oğlu ilə vida mərasimi keçirilir.

Publik.az-ın yerli bürosunun verdiyi məlumata görə, əslən Kəlbəcər rayonundan olan hərbiçimizlə vida mərasimi Gəncə şəhərində ailəsinin yaşadığı ünvanda keçirilir.

Vida mərasimində hərbiçimizin yaxınları ilə yanaşı, döyüş yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edir.

Mərhum Göygöl rayonunun Murovdağ qəsəbəsində kəlbəcərlilərin dəfn olunduğu qəbristanlıqda torpağa tapşırılacaq.

Məlumat üçün bildirək ki, 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun meyiti Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə tapılıb.

Mərhum ailəli idi, bir qız övladı var.

Nə düşünürsən?