Hindistanda 10 uşaq xəstəxanada yanaraq öldü

  • 09.01.2021
  • 0

Hindistanın Maharaştra ştatınında xəstəxanalardan birində baş verən yanğın nəticəsində ən azı 10 körpə həlak olub. "MediaPost" Hindistan KİV-lərinə istinadla xəbər verir ki, hadisə yerli vaxtla gecə saat 2 radələrində Bhandara rayonu mərkəzi xəstəxanasının yeni doğulmuş xəstə körpələrin müalicə aldığı bölmədə baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər 7 körpəni xilas edə biliblər. İlkin ehtimala əsasən, yanğına elektrik xətlərindəki qısaqapanma səbəb olub.

Nə düşünürsən?