"Gecə 1-də yazır ki, gəl yanıma..."

  • 07.05.2021
  • 0

Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunun Qara-Təhlə kəndində biədəb əhvalatlar baş verməkdədir.

Virtualaz.org Qardabani bölgəsində fəaliyyət göstərən azərbaycandilli 24news.ge portalına istinadən xəbər verir ki, kəndin 25 yaşlı sakini Ə.Ovçuyeva kəndin digər sakini, 75 yaşlı Qafarov (adı göstərilmir) ona göz dikib. Təzyiqlər göstərərək onunla “yatmasını” tələb edir, üstəlik divarlarda qadının ünvanına söyüşlər yazır.

Gənc qadın  bildirir ki, ahıl yaşda olan həmkəndlisi gecə saatlarında ona mesajlar yazır, birgə yaşamalarını təklif edir. Əks halda qadını kənddə biabır edəcəyi ilə hədələyir. Kəndin küçələrində qadının haqqında təhqiramiz sözlər yazılmış vərəqlər də yapışdırılıb. Yaşlı kişi habelə boya ilə divarlara qadının əxlaqsızlıqla məşğul olduğu haqda “şüarlar” da həkk edib.

“Gecə saat 1-də mesaj yazıb ki, bu axşam gəl yanımda qal, yoxsa səni kənddə biabır edəcəm. Elə həmin gecə polisə şikayət etdim. Guya ki, içkili olub. Onun etdiklərinə görə anam kənddə çalışdığı mağazada işdən çıxıb. Divarlara kağızlar yapışdırılıb, həmin kağızlarda barəmdə əxlaqsız sözlər yazılıb, 90 kişinin adı çəkilir”,-şikayətçi danışıb.

Nə düşünürsən?