Füzulidə xeyli sayda silah-sursat aşkarlandı

  • 02.04.2021
  • 0

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Unikal.org-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti belə tədbirlər zamanı rayonun işğaldan azad edilmiş ərazilərindəki tərk edilmiş hərbi mövqelərdən 1 “İqla-S”, 1 “Muxa”, 1 “Foqot” markalı raket kompleksləri, 3 pulemyot, 1 avtomat, 1 qumbaraatan, 33 müxtəlif növ əl qumbarası, 308 müxtəlif növ mərmi, 10 avtomat darağı və 3000 ədəd müxtəlif çaplı güllələr aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Nə düşünürsən?