Futbolda dəhşətli anlar:Onurğası sındı

  • 14.11.2020
  • 0

Almaniyanın "Bayer" (Leverkuzen) klubunda çıxış edən Argentina millisinin futbolçusu Esekiel Palasiosun onurğası qırılıb. Oxu24.com-un məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi dünya çempionatının seçmə mərhələsində Paraqvayla matçda zədələnib. Palasio rəqibin futbolçusu Anxel Romero ilə mübarizədə xəsarət alıb. Onun bir neçə aydan sonra sıraya dönəcəyi bildirilib. Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Nə düşünürsən?