Ermənistanda ara qarışdı

  • 04.12.2020
  • 0

Dekabrın 3-də axşam saatlarında Ermənistanın paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələb ilə müxalif qüvvələr növbəti oturaq aksiya keçiriblər. APA RİA Novosti-yə istinadən xəbər verir ki, etiraz nümayişi paytaxtın mərkəzində yerləşən Tiqran Mets prospektlərini bağlayıblar. Polisin müdaxiləsi nəticəsində aksiya dağıdılıb. Bir neçə nəfər saxlanılaraq xüsusi avtomobillərə yerləşdiriliblər