Ermənistan müxalifəti parlamentin önündə etiraz aksiyası keçirdi

  • 03.02.2021
  • 0

Ermənistan müxalifəti qanunverici orqanın binası önündə etiraz aksiyası keçirib. Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Vazgen Manukyanın başçılıq etdiyi birləşmiş müxalifət qüvvəsi olan "Vətənin xilası üçün ittifaq" parlamentin önündə aksiya keçirib. Aksiyanın əsas məqsədinin konstitusiyaya dəyişikliklərə etiraz etmək olduğu bildirilib. Etiraz aksiyası zamanı baş nazir Nikol Paşinyanın istefası tələbi ilə şüarlar səsləndirilib. Artıq həbs olunanların olduğu deyilir. İştirakçılardan minimum 1 nəfərin saxlanıldığı təsdiqlənib.

Nə düşünürsən?