Əmək fəaliyyəti ilə məşğul olan koronavirus xəstəsi saxlanıldı

  • 03.12.2020
  • 15 baxış
  • 0

Bakıda ictimai yerdə, əmək fəaliyyəti ilə məşğul olan koronavirus xəstəsi aşkarlanıb. DİNin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən rayon ərazisində ictimai yerdə, əmək fəaliyyəti ilə məşğul olan aktiv COVID-19 xəstəsi - Bakı şəhər sakini Rəşad Səfərov müəyyən olunaraq saxlanılıb. Polis əməkdaşları tibbi prosedurları gözləməklə onu yaşadığı evə qaytarıblar. Onun barəsində Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

Nə düşünürsən?