"Döyüş yoldaşımı silkələyəndə gördüm ki, biləyim yoxdur"

  • 30.12.2020
  • 0

''Döyüş yoldaşımı silkələyəndə gördüm ki, biləyim yoxdur''. 44 günlük vətən müharibəsinin qəhrəmanı Şuşa uğurunda gedən döyüşləri belə xatırlayır. Rasim Yaxin Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrinin giziridir. O, sentyabrn 27-də vətən müharibəsi başldığı gün döyüşlərə başlayıb. Unikal.org xəbər verir ki, Rasim Yaxin döyüşçü yoldaşları ilə Şuşa istiqamətində bir neçə yüksəkliyin düşməndən azad olunması istiqamətində uğurlu döyüş əməliyyatında iştrak edib. Gizirmiz 3 gün piyada yol gedərək, dağa dırmaşaraq Şuşaya düşmənin gözləmədiyi ərazidən hücuma keçdiklərini deyir. Şuşa uğrunda gedən döyüşlərdə Rasim də ağır yaralanıb. O, özünə gəldikdən sonra döyüşçü yoldaşını silkələyib ayıltmaq istəyəndə sol biləyinin olmadığını görüb. Tibbi birqada ona yardım edərək hospital yerləşdiriblər. Gizir Rasim Yaxin deyir ki, erməni orudusuna məxsus postlara gizli yollarla girən kimi 7-8 metrlik məsafədən düşməni məhv edirmiş. Vətənin ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərən qazi ailəlidir, iki qız övladı var. Qeyd edək ki, Rasim Yaxin prezidentin sərəncamı ilə ''döyüşdə fərlənməyə'' görə medalı ilə də təltif olunub.

Nə düşünürsən?