DİN-dən özünü "lezva" ilə doğrayan şəxslə bağlı açıqlama

  • 07.04.2021
  • 0

Sosial şəbəkələrdə qan içində olan vətəndaşın görüntüləri  yayılıb. Qeyd edilib ki, hadisə Binəqədi rayonunda baş verib.

Sözügedən məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Unikal.org-a açıqlamasında bildirib ki, özünə  xəsarət yetirən vətəndaş polis əməkdaşları  tərəfindən xəstəxanaya yerləşdirilib.

"Xaçmaz sakini əsəbi olduğu üçün boğaz nahiyəsindən özünə  lezva ilə xəsarət yetirib. Hazırda həmin şəxsin vəziyyəti  qənaətbəxşdir".

Nə düşünürsən?