Daha 2597 nəfər koronavirusa yoluxub, 23 nəfər ölüb

  • 19.11.2020
  • 0

Bu gün Azərbaycanda koronavirus infeksiyasına 2597 yeni yoluxma faktı qeydə alınıb, 1354 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, son sutkada COVID-19-dan 23 nəfər dünyasını dəyişib: "İndiyədək ölkədə ümumilikdə 83 994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 59 465 nəfər müalicə olunaraq sağalıb, 1 053 nəfər vəfat edib, aktiv xəstələrin sayı 23 476 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 874, ötən müddət ərzində isə ümumilikdə 1 562 442 test aparılıb".

Nə düşünürsən?