Cəmil Həsənlinin qızı ilə bağlı cinayət işi başlandı

  • 30.04.2021
  • 0

Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin sosial şəbəkələrdə intim görüntülərinin yayılması ilə bağlı cinayət işi başlanılıb.

Unikal.org-un məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, videoda olan şəxs müəyyən olunub:

“Görüntülərlə bağlı Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Hazırda istintaq getdiyi üçün əlavə məlumat verilmir. İstintaq başa çatandan sonra nəticələr haqda məlumat veriləcək".

Nə düşünürsən?