Bu rayonda pambıqçılıq genişləndirilir

  • 02.05.2021
  • 0

Neftçalada kütləvi halda pambıq əkininə start verilib. Ötən il, Neftçalada 5972 hektar sahədən 23 min 41 ton pambıq yığılaraq təhvil verilib.

Bu göstərici 21 pambıqçılıq rayonu arasında Neftçalanı üçüncü sırada qərarlaşdırıb.

Neftçala rayonunda 3 pambıqçılıq şirkəti fəaliyyət göstərir. Bu şirkətlərlə 1578 istehsalçı müqavilə bağlayıb. Həmin şirkətlər tərəfindən torpaq mülkiyyətçilərinə avans qismində gübrə, prestsit, lazımi texnikalar ayrılıb. Çiyid səpini aparan fermerlər qeyd edir ki, rayonda su problemi olmasına baxmayaraq bildirildi ki, bu məhsuldarlıq bol olacaq.

Neftçalada bütün bunlarla yanaşı meliorasiya və su təsərrüfatı sahəsində də işlər davam edir. Neftçala rayon Suvarma Sistemləri İdarəsi pambığın inkişafına xüsusi dəstək olan su kanallarının lildən təmizlənməsi prosesini həyata keçirir. Xəzər dənizinin suyunun Kür çayına axması, nəticədə suyun Astanlı yaşayış məntəqəsinə qədər şorlaşmasına baxmayaraq əkilməsi nəzərdə tutulan pambıq sahələrinə gəlincə isə...

Qeyd edək ki, neftçalalı pambıqçılar bu il əsasən pambığın “Bəyaz Altun”, “Karlo Karizma”, “Gəncə 100”, “Gəncə 114” kimi yüksək reproduksiyalı sortlarına üstünlük veriblər. Çiyid səpini işlərinin may ayının birinci ongünlüyünə qədər tamamlanması nəzərdə tutulur.

REAL

Nə düşünürsən?