Binə qəsəbəsində 6 evdən oğurluq edən şəxs saxlanılıb

  • 22.01.2021
  • 0

Xəzər Rayon Polis İdarəsinin (RPİ) 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən oğurluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat zamanı paytaxt sakini Hikmət Kərimov tutulub.

Nə düşünürsən?