Beynəlxalq təşkilatlar hələ də susur

  • 07.06.2021
  • 0

İki repartyorumuzun erməni terroruna qurban getməsinin üzərindən 2 gün vaxt keçsə də hələ də jurnalistlərin hüquqlarını müdafiə edən beynəlxalq təşkilatlardan heç bir reaksiya yoxdur. Onların aktiv, birmənalı mövqeyinin şahidi olmamışıq.

Bunu “Yeni Müsavat” qəzetinin baş redaktoru Azər Ayxan deyir. O, məsələ ilə bağlı Azərbaycanın jurnalist təşkilatlarının beynəlxalq qurumlara müraciət ünvanladığını bildirib.

Beynəlxalq təşkilatların məsələyə reaksiya verməsi, olayın daha böyük miqyas almasına, Ermənistanın, bu terrorçu dövlətin qınağa məruz qalmasına şərait yarada bilər. Beynəlxalq təşkilatların məsələyə səssiz qalması başadüşüləndir. Çünki, biz dünyanın Azərbaycana qarşı olan ikili standartlarını illərlə hiss etmişik. Amma ölkə daxilində, sapı özümüzdən olan baltaların düşmən dəyirmanına su tökməsi bir başqa müzakirə mövzusudur:

Xatırladaq ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər isə yaralanıb.

REAL

Nə düşünürsən?