Bakının mərkəzində külli miqdarda qanunsuz siqaret tapıldı

  • 18.06.2021
  • 0

Bakıda ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı avtomobil ilə külli miqdarda aksiz markasız siqaretlərin Bakı və Sumqayıt şəhərlərində realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Məlumat təsdiqini tapdıqdan sonra yaradılmış əməliyyat qrupu Bakı şəhəri Yasamal rayonu ərazində əməliyyat-axtarış tədbirləri həyata keçirib və "Mercedes Benz" markalı avtomobil saxlanılıb.

Baxış zamanı avtomobildə, ümumilikdə Azərbaycan məxsus aksiz markası ilə markalanmayan 120 min ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?