Bakıda "Nissan" dəmiryolu keçidində qəza törətdi

  • 17.04.2021
  • 0

Paytaxtın Suraxanı rayonuna yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, hadisə İlqar Məmmədov küçəsində, Əmircan dəmiryolu keçidində baş verib. Belə ki, "90-PC-865" dövlət qeydiyyat nişanlı "Nissan Sunny" markalı avtomobil dəmiryolu keçidindəki gözətçi otağına çırpılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?