Bakıda kişilərin başına oyun açan qadınlar tutuldu

  • 24.03.2021
  • 0

Bakıda Böyük Britaniya vətəndaşının evindən oğurluq edilib.

DİN mətbuat xidmətindən  Oxu24.com-a  verilən məlumata görə, paytaxtın Səbail rayonunda müvəqqəti yaşayan Böyük Britaniya vətəndaşı Alan Newbigging Kameron polisə müraciət edərək bildirib ki, qaldığı evdə qapının açıq olmasından istifadə edən naməlum şəxs onun içərisində 250 manat, bank kartları, sənədlər olan pul kisəsini və 1 ədəd “İphone-12” markalı telefonunu oğurlayıb. 

Şikayət ərizəsi daxil olan kimi Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxs və ya şəxslərin axtarışlarına başlanılıb. Bölmə əməkdaşlarının qısa zamanda isti izlərlə keçirdikləri əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Y.Məmmədova və E.Nəsrəddinova saxlanılıblar. Onlar ifadələrində törətdikləri cinayəti etiraf ediblər.

Həmin şəxslərdən oğurluq yolu ilə əldə etdikləri mobil telefon, içərisində sənədlər, eləcə də bank kartları olan pul kisəsi aşkar olunaraq sahibinə geri qaytarılıb.

Saxlanılan şəxslər barəsində Səbail RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. 

Zərərçəkən xarici ölkə vətəndaşı oğurlanan əşyalarının qısa zamanda tapılaraq ona geri qaytarılmasında göstərdikləri operativliyə və onun müraciətinə belə həssas yanaşdıqlarına görə polis əməkdaşlarına təşəkkürünü bildirib.

Nə düşünürsən?