Bakıda kişi arvadını küçənin ortasında xəncərlə qətlə yetirib

  • 16.11.2020
  • 0

Bakıda həyat yoldaşını xüsusi amansızlıqla qəsdən öldürməkdə təqsir bilinən Nicat Məmmədovun cinayət işi. "Ölkə.Az" xəbər verir ki, ağır cinayət hadisəsi 2019-cu ilin oktyabr ayında paytaxtın Binəqədi rayonu, Beynəlxalq Avtovağzalının yaxınlığında baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Biləcəri qəsəbə sakini 33 yaşlı Nicat Əmmədov Binəqədi rayonu ərazisində ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı Leyla Məmmədovanı qətlə yetirib. 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Nicat Məmmədov saxlanılıb və rayon prokurorluğuna təhvil verilib. Meytin müayinəsi zamanı məlum olub ki, Leyla Məmmədovanın sinə və boğaz nahiyələrində 27 ədəd deşilmiş-kəsilmiş yara aşkar edilib. İstintaqla müəyyən olunub ki, oktyabrın 6-da Nicat Məmmədov özünə məxsus avtomobillə atası, azyaşlı oğlu və həyat yoldaşını Yasamal rayonunda yaşayan qayınanası gilə apararkən yolda arvadı ilə aralarında mübahisə yaranıb. Bu məqsədlə əsəbləşən Nicat həyat yoldaşını öldürmək qərarına gəlib. Bakı Beynəlxalq Avtovağzalının qarşısında idarə etdiyi avtomobili saxlayıb və düşərək maşının yük yerindən kustar üsulla hazırlanmış xəncəri götürüb qapını açaraq qadının sinəsinə iki zərbə endirib. Bu zaman avtomaşında olan Nicatın atası onun hərəkətlərinin qarşısını almağa çalışıb və onu yerə yıxıb. Bundan istifadə edən Leyla Məmmədova maşından düşərək qaçıb. Atasının əlindən çıxan Nicat Məmmədov yerdəki xəncəri götürüb yoldaşının arxasınca qaçaraq ona çatıb. Əlindəki xəncərlə arvadının bədəninin müxtəlif nahiyyələrinə ardıcıl xəsarətlər yetirib. Yerə yıxılan qadının yalvarışlarına məhəl qoymayaraq Leyla Məmmədovanı xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edib. Hadisənin təfərrüatları barədə daha ətraflı videonu təqdim edirik.

Nə düşünürsən?