Bakıda güclü yanğın başlayıb

  • 22.06.2021
  • 0

Bakının Binəqədi rayonu ərazisində güclü yanğın başlayıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-in qaynar xəttinə məlumat veriblər.

Bildirilib ki, Ekologiya postu adlanan yerə yaxın ərazidə güclü yanğın müşahidə olunur.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə bildirilib ki, ağaclıq ərazidə yanğın başlayıb.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə baş verən əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Nə düşünürsən?