Bakıda bu yataqxananın dam örtüyü yandı

  • 24.02.2021
  • 0

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxana yanır.

FHN-dən Axar.az-a verilən məlumata görə, hadisə Yasamal rayonu, Tiflis prospekti ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı binada qeydə alınıb.

Yanğın binanın dam örtüyündə baş verib.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Nə düşünürsən?