Bakıda başına dəmir düşərək ölən qadının kimliyi bilindi

  • 07.03.2021
  • 0

Bakıda bədbəxt hadisə nəticəsinə vəfat edən qadının kimliyi müəyyənləşib.

Metronun "28 May" stansiyasının qarşısında başına dəmir parçası düşərək ölən qadın - 1987-ci il təvəllüdlü Namətova Şəfəq Məhərrəm qızıdır.

Onun Abşeron rayonu, Xırdalan şəhəri, "Quşçuluq" massivində yaşadığı bildirilir.

Qeyd edək ki, hadisə bu gün günorta saatlarında baş verib. Yolun kənarı ilə hərəkət edən qadının başına dəmir parçası düşüb. Nəticədə o, hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.Report

Nə düşünürsən?