Bakıd aintihar edən gənc o imiş...

  • 14.05.2021
  • 0

Xəbər verdiyimiz kimi, 1995-ci il təvəllüdlü Əhədzadə Mirvəfayıl Məhərrəm oğlunun yaşadığı binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. Bununla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxu.az xəbər verir ki, o, Lənkəran rayon Şağlaser kəndində torpağa tapşırılıb.

Məlumata görə, mərhumun atası Məhərrəm Əhədov Bakıda “MIR” avtosalonun sahibidir.