Azərbaycanda yoluxma sayı yenə 300-ü keçdi

  • 04.03.2021
  • 0

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 314 yeni yoluxma faktı qeydə alınıb, 124 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Yenisabah.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 2 nəfər “COVID-19”dan vəfat edib.

Ölkədə son sutka ərzində 9183, hazırkı dövrədək isə2627991 test aparılıb.

Azərbaycanda indiyədək ümumilikdə 235647 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229267 nəfər müalicə olunaraq sağalıb, 3232 nəfər vəfat edib, aktiv xəstə sayı isə 3148 nəfərdir.

Nə düşünürsən?