Azərbaycanda qadağan olunmuş it döyüşü keçirilir

  • 10.04.2021
  • 0

Azərbaycanda rayonların birində it döyüşü həvəskarları qanunsuz yarış keçiriblər. Unikal.org-un məlumatına görə, bu, ikili döyüşlərdir, kim istəsə, öz itini bəhsə qoşulmağa həvəsi olan digər birinin iti ilə boğuşdurur. Ortaya kimin gücü nəyə çatırsa, bəhs məbləği də qoyulur. Hazırda Azərbaycanın ən müxtəlif bölgələrindən öz itləri ilə oraya gələn həvəskarlar orada it boğuşdurmaqla məşğuldurlar. Yayılan videogörüntü sosial şəbəkədə insanlar arasında ciddi müzakirələrə səbəb olub. Qeyd edək ki, hazırda Azərbaycanda it və xoruz döyüşləri rəsmi olaraq yasaqlanıb.

Nə düşünürsən?