Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı

  • 26.11.2020
  • 469 baxış
  • 0

Azərbaycanda koronavirus infeksiyasına daha 3 705 yoluxma faktı qeydə alınıb, 1 609 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 106 101 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 68 572 nəfər müalicə olunaraq sağalıb, 1 256 nəfər vəfat edib. Aktiv xəstə sayı 36 273 nəfərdir. Ötən müddət ərzində 1 665 832 test aparılıb. Bugünkü test sayı isə 19 178-dir.

Nə düşünürsən?