Azərbaycanda itlər kişini parçalayıb öldürdü

  • 15.01.2021
  • 0

İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. APA TV-nin yerli bürosunun xəbərinə görə bu gün rayonun Kürdmaşı kənd sakini, 1984-cü il təvəllüdlü Teyyubov Vüqar Zahir oğlu yaşadığı kənddə qəflətən küçə itlərinin hücumuna məruz qalıb. İtlərdən biri onun bədənini dişləyərək ağır xəsarətlər yetirib. Hadisə zamanı tək olduğu üçün qorxu və həyəcan keçirən Vüqar Teyyubovun halı pisləşib. O, ürək çatışmazlığı səbəbindən hadisə yerində dünyasını dəyişib. Onun meyidi müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Nə düşünürsən?