Azərbaycanda dəhşətli hadisə: Yaralılar var

  • 04.02.2021
  • 0

Mingəçevirdə təcili yardım avtomobili qəzaya düşüb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin 20 Yanvar küçəsində baş verib. Ağdaş rayon sakini, 1966-cı il təvəllüdlü Rasim Soltan oğlu Rəsulovun idarə etdiyi təcili yardım maşını Mingəçevir şəhər sakini, 1990-cı il təvəllüdlü Muradov Orxan Fazil oğlunun idarə etdiyi “Lada-Priora” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində hər iki sürücü və təcili yardım avtomobilində olan xəstə şəhər xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?