Azərbaycanda dəhşətli hadisə baş verdi

  • 04.04.2021
  • 507 baxış
  • 0

Qəbələ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında şəhər ərazisində qeydə alınıb.

Sürücü Elnur İsgəndərovun sükanı arxasında olduğu "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq, əvvəlcə yol kənarındakı beton maneəyə çırpılıb, sonra isə Dəmiraparan çayına düşüb.

E. İsgəndərov qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıb. O, Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Nə düşünürsən?