Azərbaycanda ağır qəza: Yaralılar var

  • 19.06.2021
  • 0

Qaxda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var.

APA TV-nin məlumatına görə, hadisə Qax rayonunun Güllük kənd ərazisində baş verib.

"Mercedes" markalı minik avtomobili Qax rayonundan, Zaqatala rayon istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan 6 nəfər Bakı şəhər sakinləri xəsarət alıb.

Yaralılardan 1956-cı il təvəllüdlü Alim Məmmədov və 1968-ci il təvəllüdlü Zenfira Məmmədovanın müalicəsi xəstəxanada davam etdirilir. Digər yaralıların xəsarətləri yüngül olduğundan onlar müayinə edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. 

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?