Avtomobil qoyun sürüsünü vurub

  • 30.05.2021
  • 0

Zaqatalada minik avtomobili yaylağa köç edən qoyun sürüsünü vurub.

APA TV-nin  məlumatına görə, hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Nəticədə 30 başdan çox xırdabuynuzlu tələf olub, 40 başa yaxın isə xəsarət alıb . Qəza zamanı minik avtomobilinə ziyan dəysə də, sürücü xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?