Ana və iki azyaşlı övladı dəm qazından boğularaq ölüb

  • 08.03.2021
  • 0

Gəncə şəhərində ana və iki azyaşlı övladı dəm qazından boğularaq ölüb.APA TV xəbər verir ki, hadisə Yeni Gəncə deyilən ərazidə baş verib.
Orada yaşayan 1987-ci il təvəllüdlü Leyla Bağırova, onun övladları 2014-cü il təvəllüdlü Murad Məmmədov və 2015-ci il təvəllüdlü Xədicə Məmmədova hamamda çimərkən dəm qazından zəhərlənərək ölüblər.

Dəm qazından boğulan qadın Xırdalan şəhər 2 saylı məktəbin ingilis dili müəllimi olub.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb.

Nə düşünürsən?