Ana 3 uşağını öldürdü

  • 12.04.2021
  • 0

Los-Anceles şəhər polisi (Kaliforniya ştatı) üç uşağını öldürməkdə şübhəli bilinən qadını saxlayıb.

Azmedia.Az cbs telekanalına istinadən xəbər verir.

Belə ki, polis mənzillərin birində 3 uşağın bıçaqlanaraq ölmüş cəsədlərini aşkar edib. Onların 3-ü də 5 yaşdan kiçikdir.

Telekanalın xəbərinə görə, uşaqların anası cəsədlərin aşkarlanmasından bir neçə saat sonra Kaliforniyanın mərkəzi hissəsində saxlanılıb.

Polis cinayətin motivlərini aydınlaşdırır.//qafqazinfo

Nə düşünürsən?