Ailə üzvlərini qətlə yetirən 27 yaşlı gənc saxlanıldı

  • 08.03.2021
  • 0

Ötən gün Telavi şəhərində valideynlərini və nənəsini qətlə yetirən 27 yaşlı gənc həbs olunub.

Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs atasını, anasını və 1935-ci il təvəllüdlü nənəsini, şəxsi adına olan odlu silahdan atəş açaraq ölümcül şəkildə yaralayıb və bundan sonra hadisə yerindən qaçıb.

Təqsirləndirilən şəxs hadisədən bir neçə saat sonra polis tərəfindən Telavi şəhərində saxlanılıb.

Saxlanılan 27 yaşlı gənci, 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

Nə düşünürsən?