Ağır qəzada 6 nəfər xəstəxanalıq oldu

  • 21.02.2021
  • 0

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin  yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 15:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 200-cü kilometrliyində, Göyçayın Qarayazı kəndi ərazisindən keçən hissəsindən qeydə alınıb.
Göyçayın Bəydövül kənd sakini Natiq İbadovun idarə etdiyi "BMW" markalı minik avtomobili yoldan çıxaraq su arxına aşıb. Hadisə zamanı sürücü və həmin kənddən olan 5 nəfər sərnişin xəsarət alıb. Onlardan ikisi azyaşlı uşaqdı. Xəsarət alan şəxslər Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Nə düşünürsən?