6-cı mərtəbədən sallanan 2 yaşlı uşağı belə xilas etdi

  • 15.05.2021
  • 0

Çinin Uhan əyalətində kişi pəncərənin barmaqlıqları arasında ilişib 6-cı mərtəbədən asılı qalan 2 yaşlı qızı tutaraq xilas edib.

 

BiG.AZ xəbər verir ki, bu barədə "South China Morning Post" yazır.

 

Belə ki, bir müddət nəzarətsiz qalan uşaq divana dırmaşaraq pəncərəyə çıxıb və dəmir barmaqlıqlar arasından sürüşüb.

 

Aşağı mərtəbədən olan qonşu bunu görərək köməyə yetişib və başı barmaqlıqların arasında ilişib qalan qızı təxminən 10 dəqiqə ərzində aşağıdan saxlayıb. Hadisə yerinə gələn xilasedicilər bu müddət ərzində barmaqlıqlardan birini qıraraq uşağı qurtara bilblər.

 

Hazırda qız özünü yaxşı hiss edir.

Nə düşünürsən?