“Böyük Qayıdış” film layihələrinin qalibləri bəlli oldu

  • 30.04.2021
  • 0

Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin sonuncu – Pitçinq mərhələsi cari ilin aprel ayının 27-də Azərbaycan Dövlət Film Fondunda keçirilmiş və şəfaflığın qorunması məqsədi ilə Pitçinq Dövlət Film Fondunun rəsmi “YouTube” kanalı vasitəsilə canlı yayımlanıb.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, habelə Vətən müharibəsində qazanılmış Böyük Zəfərə kino vasitəsilə töhfə vermək məqsədilə elan olunmuş müsabiqənin Pitçinq mərhələsində iştirak hüququ qazanan 26 layihə Münsiflər heyəti tərəfindən bədii-kinematoqrafik keyfiyyətləri nəzərə alınaraq qiymətləndirilib.

Seçim prosesi münsiflərin açıq səsverməsi yolu ilə həyata keçirilmiş, 7 münsifdən 2-si bitərəf qalmış, 5-nin səs çoxluğu ilə aşağıdakı 11 layihə qalib seçilib:

Nə düşünürsən?