Başından köpəkbalığının dişini belə çıxartdı

  • 26.04.2021
  • 0

Cənubi Afrika sahillərində köpəkbalığı dalğıca hücum çəkərək başından dişləyib, lakin öz dişi sınıb.

Başından köpəkbalığının dişini BELƏ ÇIXARTDI - FOTO-VİDEOBİG.AZ xəbər verir ki, bu barədə "The Sun" yazır.

Belə ki, 38 yaşlı Carid Norman Kvazulu-Natal əyalətində sualtı ovda iştirak edərkən yaxınlıqda köpəkbalıqlarının üzdüyünü görüb, lakin bu, onu qorxutmayıb.

"Onlar bağdakı ilanlar kimidir: onları qəzəbləndirməsən və səndə onlara lazım olan bir şey yoxdursa, sənə fikir vermirlər", - deyə Norman izah edib.

Lakin Caridin əlində sualtı silahla vurduğu balıq olub. Məhz həmin balıq köpəkbalığını cəlb edib. O, ovu əlindən almaq istəyərkən Normanın başını dişləyib.

"Həmin an sanki kimsə mənim başımdan yumruqla vudu, lakin bu, hücum deyildi: köpəkbalığı əlimdəki balığı hədəf almışdı", - deyə dalğıc danışıb.

İkinci cəhddən sonra Normanın əlindən balığı ala bilən yırtıcı ondan uzaqlaşıb.

Dalğıc demək olar ki, xəsarət almayıb. O, yannız sahilə çıxanda başında köpəkbalığının dişinin ilişib qaldığını görüb. Dişi necə çıxartdığını buradanizləyə bilərsiniz.

Nə düşünürsən?