Apreldə yatıb "yeni ildə" oyandı - Belə zarafat edən olmamışdı

  • 04.05.2021
  • 0

Makkenzi Linn adlı "TikTok" istifadəçisi sevgilisi ilə qəddarcasına zarafat edib. Bu "zarafat"ı o, aprelin 1-də etməyi düşünüb, lakin həmin gün alınmadığından, planını gələn ilə saxlamamaq qərarına gəlib. Belə ki, aprelin 3-də yatan gənc yuxudan oyananda Milad hazırlıqlarını, şam ağacını gördükdə həyatının şokunu yaşayıb və həkimə getməyi düşünüb.

BiG.AZ xəbər verir ki, bu barədə qadın özünün ("kenzielynnsmith") "TikTok" səhifəsində etdiyi paylaşımda danışıb.

Sevgilisi yuxuda olarkən qadın evi bəzəyib və onun mobil telefonunda tarixi dəyişərək, dekabrın 25-nə qoyub.

Nə düşünürsən?