Goranboyda kütləvi dava: Ölən və yaralılar var

  • 05.01.2018
  • 0

Goranboyun Dəliməmmədli şəhərində kütləvi dava olub. APA TV-nin qərb bürosunun xəbərinə görə, dava zamanı bir nəfər qətlə yetirilib, daha 2 nəfər isə bıçaq xəsarəti alıb. Kütləvi dava zamanı bıçaqla qətlə yetirilən şəxs Dəliməmmədli şəhər sakini, 1996-cı il təvəllüdlü Cəbrayılov Zülfiqar Əbili oğludur. O, xəstəxanaya aparılarkən yolda keçinib. Bıçaq xəsarətləri alanlardan birinin - Dəliməmmədli şəhər sakini, 1995-ci il təvəllüdlü Hatəmi Anar Azad oğlunun kimliyi bəlli olub. Onun vəziyyəti hazırda ağır olaraq qalır. Yaralılar Gəncədəki xəstəxanalara yerləşdirilib. Məlumata görə, münaqişə Dəliməmmədlidəki marketlərdən birinə hücum zamanı baş verib. Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Nə düşünürsən?