"Məmur 2 adam öldürüb və prezidentdən gizlədir"

  • 04.01.2018
  • 0

Jurnalist Xəyyam Salmanzadə Bərdə rayon icra hakimiyyətin idarə etmə aparatinin müdürü Zaur Bəylərovu şok cinayətdə ittiham edib. Sosial şəbəkədə video paylaşaraq Z.Bəylərovun 200 min manat qiyməti olan, 90 ZG 909 dövlət nömrə nişanlı ''Land Gruiser'' markalı avtomobillə qəza törədərək iki nəfəri öldürdüyünü bildirib. Onun sözlərinə görə, hadisə 2017-cı il dekabrın 10-da Bərdə-Tərtər yolunda Kia markalı avtomobillə toqquşub: ''Sürücü Elşad vəfat edib. İki yaralı isə xəstəxanaya çatıdırlıb. Yaralılardan digəri də xəstəxanada dünyasını dəyişib. Bundan sonra Zaur Bəylərov icra başçısı Vidadi İsayevin himayəsinə sığınaraq cinayəti ört-basdır edir. Ölkə başçısının bu məsələdən xəbər tutumamaq üçün istənilən imkanlarından istifadə edir''. X.Salamzadə iddia edir ki, Novruz və Yeni il ərəfəsində ''Prezident Administrasiyasında məmurlara bayram səbəti gedəcək'' adı ilə 5 kiloqram mal əti, 10 toyuq, 5 hunduşka, 10 yumurta, 5 kq pendir tələb edir. Criminal.az X.Salmanzadənin paylaşdığı videomuraciəti təqdim edirik. Daha ətraflı həmin videoda tanış ola bilərsiz. Məsələ ilə bağlı Criminal.az olaraq Z.Bəylərovla əlaqə saxladıq. O, jurnalist olduğumuzu bilək kimi telefonu sondürdü. Daha sonra icra başıçısının köməkçisi Anar Hətəmovla əlaqə saxladıq. O, da eyni addımı atdı və telefonu spöndürdü. Daha sonra Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət Sadlinski ilə əlaqə saxladıq. O, isə məzuniyyətdə olduğu əsas gətirərək Z.Bəylərovla əlaqə saxlamağı tövsiyyə etdi. Bildirdi ki, onun haqda hansısa video yayılsa mütləq cavablandırar.

Nə düşünürsən?