ŞOK VİDEO! Azəbyacanın keçmiş baş naziri ilə müdafiə nazirinə cəza istəyən prokurora məzarı başında ağır sözlər: ''Bəs şərəfinə and içirdin ki...''

  • 03.01.2018
  • 1

Azərbaycanda haqqı pozulduğunu iddia edən vətəndaş etirazını heç kimin ağlına gəlməyən formada edib. Criminal.az saytı xəbər verir ki, həmin şəxs pulunu mənimsədiyini iddia etdiyi mərhumun məzarı başında dayanaraq onun ruhuna ittihamlar səsləndirir və bu mənzərəni videoya çəkir. Criminal.az bildidirir ki, videoda səhnbət gedən mərhum Qaraxan Zülfi oğlu Ağayevdir. Həmin şəxs vaxtilə Xızı rayon prokuroru olub, həmçinin, sabiq müdafiə naziri Rəhim Qazıyevin, eks-baş nazir Surət Hüseynovun və digər siyasilərin məhkəmələrində dövlət ittihamçısı kimi çıxış edib. Q.Ağayev 9 dekabr 2016-cı il tarixdə saat 16 radələrində paytaxtın Sabunçu rayonu ərazisində faciəvi şəkildə dölüb. O, “Küləfirəngi” restoranının qarşısında təxminən 3 metr hündürlüyündə pilləkəndən yıxılaraq aldığı xəsarətlərlə əlaqədar xəstəxanaya yerləşdirilib, dekabrın 21-də orada vəfat edib. Q.Ağayevin oğlu İldırım Ağayev isə bildirib ki, atası qəsdən öldürüldüyünü idddia edirdi. O, mətbuata müsahibəsində demişdi ki, atasının ölümündə əsas şübhəli şəxs sabiq polis rəisi Nizami Tağıyevdir: “Atam həmin gün evdən Nizami Tağıyevlə görüşmək üçün çıxıb. Nizami Tağıyev atama zəng edib, görüşə çağırıb. Atam vaxtilə Xızı prokuroru, Nizami Tağıyev isə polis rəisi olub. Atamı xəstəxanada gedib gördük. Saytlarda yazmışdılar ki, guya atamı maşın vurub. Bir başqa saytda da yazılmışdı ki, guya atam yıxılıb. Əslində isə atam yıxılmayıb, avtoqəza da olmayıb. Nə baş verdiyini Nizami Tağıyev bilir. O da bizdən qaçır, gizlənir. Dekabrın 24-də Sabunçu Rayon Prokurorluğunun müstəntiqi ilə danışdım. Dedi ki, Nizami Tağıyevi tapıb dindirmişik”.

Nə düşünürsən?