Maşın 55 yaşlı qadını vurub öldürdü

  • 03.01.2018
  • 0

Şirvanda avtomobil 55 yaşlı qadını vuraraq öldürüb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, bu gün səhər saatlarında Şirvan şəhərinin Heydər Əliyev prospektində baş verib. Sabirabad rayonunun Cəngən kənd sakini Emin Sabir oğlu Abasov idarə etdiyi "Mitsubishi" markalı 90 CF 054 dövlət nömrə nişanlı avtomobillə 1963-cü il təvəllüdlü Nəsibə Əlihüseyn qızı Xəlilovanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb, sürücü isə qaçıb. Sonradan isə könüllü olaraq polisə gələrək hadisəni törətdiyini etiraf edib. Fakt bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Nə düşünürsən?