Ağstafada dəhşətli qətl - Özünü öldürüb, maşınını yandırdılar

  • 29.12.2017
  • 0

Ağstafada dəhşətli qətl törədilib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Xətai kəndində qeydə alınıb. Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Əliyev Samir Fikrət oğlunun meyiti yol kənarında tapılıb. Ona məxsus “VAZ-2104” markalı maşın isə meyitin yaxınlığında yanmış vəziyyətdə aşkar edilib. Məlum olub ki, Ağstafa rayonundan evlənmiş Samir Əliyev biri boyun nahiyəsindən, digəri isə sağ bel onurğa hissəsindən olmaqla iki bıçaq zərbəsi alıb. Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

Nə düşünürsən?