Bakıda DƏHŞƏTLİ CİNAYƏTİN səbəbi bilindi - TƏFƏRRÜAT

  • 20.12.2017
  • 0

Ötən gecə Bakının Binəqədi rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. 52 yaşlı Rasim Çəltikovun həyat yoldaşı 50 yaşlı Arifəni mübahisə zəminində öldürdüyü məlum olub. Bildirilir ki, Rasim Çəltikov Binəqədi qəsəbəsi 3-cü mədən, 124-cü korpusda yerləşən evini satmaq istəyirmiş. Lakin qadın ərinin bu istəyinə qarşı çıxıb və evi satmağa imkan verməyəcəyini deyib. Ardıcıl davam edən münaqişələrdən sonra dünən gecə saatlarında Rasim Çəltikov məlum cinayəti törədib. Hadisə vaxtı evdə onların qızı olub. Lakin o, atasının anasının boğazını kəsərək öldürməsindən hadisədən bir qədər sonra xəbər tutub və polisə xəbər verib.

Nə düşünürsən?