Dünyanı rəngarəng etmək istəyirsənsə özündənbaşla

  • 19.12.2017
  • 0

İsmayıllı rayonu İstisu kəndi tam orta məktəbinin müəllimi Şahid Muradlı maraqlı addımı ilə diqqət çəkib. Ş. Muradlı “Dünyanı rəngarəng etmək istəyirsənsə #özündənbaşla” adlı layihəsi çərçivəsində 4-cü sinif şagirdləri ilə birgə sinif otağını, partaları, döşəməni rəngləyib, həmçinin divarlarda maraqlı mənzərələr yaradıb. Bütün bunları qısa videoklipdə hazırlayaraq öz Facebook səhifəsinə yerləşdirib. Oxu.Az-a açıqlama verən müəllim bildirib ki, üç il əvvəl universiteti bitirdikdən sonra İsmayıllıya işləməyə gəlib. Bu maraqlı layihədə onu həm məktəb rəhbərliyi, həm də şagirdlər dəstəkləyiblər. “Şagirdlər mənə dedilər ki, sinif otağında günəşin olmasını istəyirlər. Onların arzusunu ürəklərində qoya bilməzdim”, - Ş. Muradlı deyib. Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri də Ş. Muradlının bu addımını dəstəkləyiblər və ona gələcək işlərində uğurlar arzulayıblar.

Nə düşünürsən?