İdeya müəllifi: "Bitcoin"un gələcəyi yoxdur"

  • 19.12.2017
  • 0

"Bir ticarət valyutası kimi "Bitcoin"un gələcəyi yoxdur". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu valyutanın ideya müəlliflərindən biri, "Bitcoin.Com"un həmtəsisçisi Emil Oldenburq bəyan edib. O, kriptovalyutanın likvidliyinə əngəl olan səbəblərdən biri kimi şəbəkə sürətinin hədsiz dərəcədə aşağı, serverlərin ötürücü qabiliyyətinin isə məhdud olmasını göstərib. E.Oldenburq məhz bu səbəbdən kriptovalyutadakı aktivlərini satdığını açıqlayıb: "Sizə deyim ki, "Bitcoin"a yatırılan sərmayələr bir insanın ata biləcəyi ən riskli addımdır. Bunu anladıqdan və kriptovalyutanın işləmə mexanizminə bələd olduqdan sonra insanlar ondan imtina etməyə başlayacaq". E.Oldenburqun rəhbərlik etdiyi şirkətin serverlərində 500 mindən çox kriptovalyuta ticarətçisi qeydiyyatdan keçib. Qeyd edək ki, ötən həftə "Bitcoin"un kursu 20 min dolları keçib.

Nə düşünürsən?